Bir gündə 47 Rusiya vətəndaşı Qarabağı tərk etdi

saytların hazırlanması

Evə çatdırılma

Bir gündə 47 Rusiya vətəndaşı Qarabağı tərk etdi

Rəsmi

16 Fevral 2023 15:54 1024


Fevralın 15-də əvvəllər Dağlıq Qarabağa gəlmiş Rusiya Federasiyası vətəndaşlarının təxliyəsi həyata keçirilib. 

Ümumilikdə, 47 nəfər, o cümlədən 8 uşaq çıxarılıb. Bu barədə cümə axşamı Rusiya sülhməramlı kontingentinin teleqram - kanalındakı məlumatda deyilir.

Bu günə qədər Qarabağdan 150-dən çox Rusiya vətəndaşı çıxarılıb. Rusiya vətəndaşlarından müraciətlərin qəbulu davam edir, məlumatında qeyd olunub. pizza mizza

Qeyd edək ki, fevralın 15-də və 16-da Laçın yolu ilə Qırmızı Xaçın bir neçə avtomobil kolonu və sülhməramlıların yük maşınları keçiblər.

Xatırladaq ki, 12 dekabr 2022-ci ildən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Şuşa şəhəri yaxınlığında Laçın yolunu bağlayıblar. Aksiya Qarabağ ermənilərinin Azərbaycan qanunlarına məhəl qoymaması ilə əlaqədar başlayıb. Əsasən söhbət keçmiş Mardakert rayonunda qızıl yataqlarının qanunsuz işlənməsindən gedib. Bundan əlavə, ermənilər 2020-ci il noyabr tarixli üçtərəfli bəyanatı pozaraq Laçın yolundan silah daşıyıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!