Təhsil eksperti Kamran Əsədov ötən ilin əvvəlindən bəri Gürcüstanda Təhsil Nazirliyinin tətbiq etdiyi yeniliklərlə bağlı paylaşım edib.
“Yeni Sabah” dəyişiklikləri təqdim edir:
-1-6-cı sinif şagirdləri çəkisi daha az olan dərsliklərlə təmin olunub; Marqarita pizza
-2-3-cü sinif şagirdləri üçün dərsin müddəti 5 dəqiqə azaldılaraq 40 dəqiqə olub. 1-ci sinifdə dərslər 35 dəqiqədir;
- Məktəblərdə ingilis dili tədrisi məcburidir. 5-ci sinifdən sonra şagird əlavə əcnəbi dil qismində rus, çin və istənilən Avropa dili arasında seçim edə bilər;
- 3-6-cı siniflərdə "Mən və cəmiyyət", "Bizim Gürcüstan" dərslərində uşaqlara maliyyənin əsasları da tədris olunur;
-1-ci sinifdən 5-ci sinfin ikinci rübünədək uşaqların biliyi qiymət sistemi ilə dəyərləndirilmir;
-1-10 arasındakı qiymətləndirmə sistemi 5-ci sinfin 2-ci rübündən tətbiq olunur;
- Məktəblərdə videokameralar məcburidir: dəhlizlərdə, otaqlarda, həyətdə, yeməkxanada, kitabxanada, zallarda;
-Məktəbə girişdə istisnasız olaraq hamı təmassız şəkildə metal detektoru ilə yoxlanılır;
- Bütün məktəblərdə psixoloqlar var və onlar "problemli" uşaqlarla işi aktivləşdiriblər;
-Polis məktəblərdəki pristavlarla daha fəal ünsiyyət saxlayır;
- Gürcüstandakı bütün 1-ci sinif şagirdlərinə pulsuz "Acer TravelMate B115" noutbukları paylanılır;
Məhz Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixail Batiaşvilinin inadkar və qətiyyətli mövqeyi sayəsində ölkə parlamenti məktəblərdə buraxılış imtahanlarını ləğv etdi, ali məktəblərə qəbulda fənn imtahanlarının sayı 3-ə endirildi.
Telegram kanalımız