Bir nazirlikdən digərinə   vəzifəyə getdi

saytların hazırlanması

Evə çatdırılma

Bir nazirlikdən digərinə vəzifəyə getdi

Siyasət

16 Fevral 2026 10:35 17462


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mahmud Abdullayev qurumun Əmək siyasəti şöbəsinin Əmək siyasətinin təkmilləşdirilməsi sektorunun müdiri təyin olunub. Pepperoni pizza

Qeyd edək ki, M.Abdullayev Naxçıvanda doğulub. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasını bitirib.

Əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyində və Kənd Təsərrüfatı Nazirliyində hüquqşünas vəzifəsində çalışıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!