“Bir nəfərin 20-25 il nazir olması…” –   Keçmiş deputatdan etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Bir nəfərin 20-25 il nazir olması…” – Keçmiş deputatdan etiraz

Siyasət

05 Noyabr 2019 11:35 1232


“Elə adamlar var ki, özləri ərizə yazaraq vəzifələrindən gedirlər, elələri də var ki, vəzifədən getmələri məsləhət görülür. Bu prosesi də islahatlar adlandırmaq olar”.

“Yeni Sabah” xəbər verir ki, bunu “AzPolitika.info”ya Yeni Azərbayan Partiyasının (YAP) yaradıcılarından olan Əli Əlirzayev deyib. O, bildirib ki, islahatlar daha da dərinləşməlidir. 

“İslahatlar prizmasında bəzi kadrlar sözsüz ki, özlərini narahat hiss edirlər. Amma burada qocalıq da müəyyən qədər öz rolunu oynayır. 70-80 yaşında olan insanların intensiv həyat tərzi və dövlət idarəetməsinə dözməsi bir qədər çətin olur. Odur ki, bu hallar baş verir.  pizza mizza

Şəxsən mən hesab edirəm ki, dəyişimlər vacib və zəruridir. Hesab edirəm ki, bir şəxs 20-25 il nazir ola bilməz. Bir nəfərin 20-25 il nazir olması ətrafındakı hər kəsin ondan asılı olması vəziyyətinə gətirib çıxarır.

Əslində 20-25 il nazir olmaq adamın özünə də narahatlıq yaratmalıdır. O mənada ki, sən 20 ildir bu vəzifəni daşıyırsan, amma heç bir yenilik yoxdur. Bu mənada dəyişikliklər mütləq vacibdir. Amma bunun elliklə, kütləvi şəkildə olması da təəccüb doğurar. 

Son zamanlar dəyişikliklər olub, ehtimal edirəm ki, yenə də olacaq. Bəziləri ərizə yazıb gedəcək, bəziləri bir yerdən başqa yerə keçiriləcək. Əslində sizə deyim ki, mən gəncləşdirmə siyasətinə qarşı deyiləm, amma bacarığı, təcrübəsi olmayan, həyatda özünü təsdiq etməyən, 10 nəfərə rəhbərlik etməyən şəxslər birdən-birə böyük vəzifələrə gətirilsə, yükü çox ağır olar. Səlahiyyət ayrı şeydir və verilən səlahiyyətlərə dözmək də çətin məsələdir. İnsanlar var ki, bu səlahiyyətlərdən istifadə edən kimi dəyişir. 

Hər halda kimin hansı vəzifəyə qoyulmasına dair təhlil aparılmalı, ictimai fikir öyrənilməli, cəmiyyətdə insanlara olan münasibət bilinməlidir. Məsələn, bir adam qonşuda, rayonda, regionda heç kimlə təmasda olmayıbsa, uğurlu bir addım atmayıbsa, onu vəzifəyə qoymağı xalq qəbul etmir. Vəzifəyə gətirilən şəxslərin xalqın xeyrinə işləməsi vacib şərtdir. Bu mənada hesab edirəm ki, təyinatlar hərtərəfli təhlil olunmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!