Bir tona yaxın narkotik məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Bir tona yaxın narkotik məhv edildi

Sosial

21 May 2019 09:06 949


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  "Yeni Sabah"a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 20-də  “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq əməliyyat tədbiri keçirilib. Belə ki, rayonun Cüvə kənd sakininə məxsus torpaq sahəsinə baxış keçirilərkən orada  yabanı halda bitmiş ümumi çəkisi 1 tona yaxın 3200 ədəd çətənə kolları aşkar olunub və kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!