Biradamlıq partiyalar Milli Məclisdən uzaqlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Biradamlıq partiyalar Milli Məclisdən uzaqlaşdırılacaq

Siyasət

01 Dekabr 2019 06:59 2116


Milli Məclisin hazırkı tərkibində müxalifəti təmsil edən partiyalar növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentdən kənarda qala bilər. 

Yenisabah.az xəbər verir ki, bunun səbəbi artıq həmin partiyaların ictimaiyyət və beynəlxalq qurumlar tərəfindən müxalifət kimi tanınmamasıdır. Digər tərəfdən onların təmsilçilərindən bəziləri ictimaiyyətdə mənfi persona kimi qəbul olunur. Bu da artıq hakimiyyətin maraqlarına cavab vermir. 

Məlumat üçün deyək ki, hazırda Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından (YAP)  başqa daha 7 partiya təmsil olunur ki, onlar müxalifət fəaliyyətində olmasalar da, özlərini müxalifət adlandırır. Həmin partiyalar aşağıdakılardır: Dominos pizza

Ana Vətən Partiyası – sədr Fəzail Ağamalı

Vəhdət Partiyası – sədr Tahir Kərimli

Sosial Rifah Partiyası – sədr Xanhüseyn Kazımlı

Sosial Demokrat Partiyası – sədr Araz Əlizadə

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev

Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə

Böyük Qurtuluş Partiyası – sədr Fazil Mustafa

Bu partiyaları Milli Məclisdə yalnız sədrləri təmsil edir. İddia olunur ki, yeni parlamentdə adı qeyd edilən partiyaları müəyyən qədər müxalifətçilik fəaliyyəti olan digər siyasi təsisatlar əvəz edə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!