“Kapital Bank” “Birbank”da yaranan problemlə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

“Kapital Bank” “Birbank”da yaranan problemlə bağlı məlumat yaydı

İqtisadiyyat

27 Yanvar 2025 20:54 1657


Hazırda "Kapital Bank"ın "Birbank" tətbiqində problem yaranıb.

Yenisabah.az xəbər verir ki, müştərilərin balansı və digər məlumatlar silinib.

Hazırda kartın mobil tətbiqinə daxil olmaq mümkün deyil. pizza sifarişi

"Kapital Bank" məsələ ilə bağlı açıqlama verib.

"Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. 

Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. 

Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.

Müştərilərimizə anlayışları üçün təşəkkür edirik" - açıqlamada deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Adsız
    Ne vaxta düzələr problem?
    1 year ago