Birgə Mərkəzə bu generallar rəhbərlik edəcək

saytların hazırlanması

Evə çatdırılma

Birgə Mərkəzə bu generallar rəhbərlik edəcək

Rəsmi

30 Yanvar 2021 12:45 910


İşğaldan azad olunan Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində şəxsi heyətə rəhbərlik edəcək şəxslərin adları açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, Mərkəzdə türkiyəli şəxsi heyətə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətə isə general-mayor Viktor Fedorenko rəhbərlik edəcək.

Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir. Pepperoni pizza

Qeyd edək ki, bu gün Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin, Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!