Biri qadın olmaqla 2 narkotacir tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Biri qadın olmaqla 2 narkotacir tutuldu

Kriminal

06 Avqust 2025 12:29 270


Yardımlıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Məhburə Əsgərli saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, ondan 3 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində onun narkotik vasitəni əldə etdiyi şəxsin əvvəllər məhkum olunmuş 43 yaşlı Natiq Mirzəyev olduğu müəyyən edilib və saxlanılıb. N.Mirzəyevin Yardımlı rayonu ərazisində yerləşən yaşadığı evin yaxınlığındakı yarımtikilidə gizlətdiyi 3 kiloqram marixuana aşkarlanaraq götürülüb.  Toyuqlu pizza

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!