“Biz atəşkəs üçün deyil, sülh üçün çalışmaq istəyirik” - Peskov

saytların hazırlanması

Evə çatdırılma

“Biz atəşkəs üçün deyil, sülh üçün çalışmaq istəyirik” - Peskov

Siyasət

12 Dekabr 2025 20:37 793


“Moskva atəşkəs və ya döyüş meydanında möhlət tələb etmək üçün hər hansı bir bəhanəni rədd edir”.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynada ərazi referendumunun keçirilməsi ideyasını şərh edərkən deyib.

"Əgər ideya atəşkəs, möhlət, cəbhədə fasilə tələb etmək üçün bəhanə yaratmaqdırsa, təbii ki, bu keçməyəcək", - Kremlin sözçüsü bildirib. pizza mizza

Onun sözlərinə görə, Rusiya Ukrayna münaqişəsinin nizalanmasında atəşkəsə yox, sülhə səy göstərir.

Peskov vurğulayıb ki, atəşkəs növbəti aldatma və beyinləri yumaqdır: "Biz atəşkəs üçün deyil, sülh üçün çalışmaq istəyirik. Sülh lazımdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!