“Biz düşmən deyilik“ - Niderland səfirliyinin qarşısında etiraz aksiyası   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Biz düşmən deyilik“ - Niderland səfirliyinin qarşısında etiraz aksiyası - Fotolar

İdman

14 Oktyabr 2019 18:07 1286


Bu gün Bakıdakı Niderland Krallığı səfirliyinin qarşısında azərbaycanlı futbol fanatları piket təşkil ediblər.

"Yeni Sabah" xəbər verir ki, piket iştirakçıları ötən axşam Avropa çempionatının seçmə qrup mərhələsində Macarıstan - Azərbaycan matçının 90+3-cü dəqiqəsində hollandiyalı baş hakim Dennis Yohan Hiqlerin Bəhlul Mustafazadənin vurduğu qolu heç bir əsası olmadan ləğv etməsinə etiraz ediblər.

 Piketçilər “Holland hakimə istefa”, “Futbol - siyasət deyil”, “Xalımızı geri qaytar”, “Ədalətsiz referi”, “Məqsəd dava deyil, haqqımızı tələb edirik”, “Azərbaycan, Azərbaycan”, “Qolu qeydə almadığınıza görə “təşəkkür”, “Haqsızlığa göz yummayaq”, “Biz Azərbaycan üçün bura gəldik”, “Azərbaycan zəif deyil”, “Denis Hiqler, ədalətsizliyə yol vermə”, “Sonadək vuruşacağıq”, “Biz düşmən deyilik” şüalarını Azərbaycan və ingilis dillərində səsləndiriblər. Pepperoni pizza

 Etirazçılar sonda məqsədlərinin yaranmasına da aydınlıq gətiriblər: “Oyuna bir yerdə baxırdıq. Elə yerindəcə qərara aldıq ki, belə bir etiraz aksiyası keçirək”. / sport24.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!