“Biz elmdən daha çox ölümə pul xərcləyirik” - Vüqar Bayramov

saytların hazırlanması

Evə çatdırılma

“Biz elmdən daha çox ölümə pul xərcləyirik” - Vüqar Bayramov

Sosial

05 Aprel 2024 21:20 925


Əhalinin ən çox pul xərclədiyi sahələr bəlli olub.

Xezerxeber.az-ın məlumatına görə, yanvar-fevral ayının ticarət dövriyyəsinə əsasən, xərcləmələrin 50 faizi ərzaq məhsullarına sərf olunub.

İkinci yerdə isə içkilər və tütün məmulatları durur. Dördpendirli pizza

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov deyir ki, iki ayda vətəndaşlar bu məhsullara  440 milyon manat xərcləyiblər. Bu o deməkdir ki, vətəndaşlar tərəfindən içkilər və tütün məmulatların alınmasına hər ay orta hesabla 220 milyon manat xərclənib.

Deputat deyir ki, biz elmdən daha çox ölümə pul xərcləyirik.

Qeyd edək ki, ilin ilk iki ayında xərcləmələrin sadəcə 1,3 faizi, yəni 109 milyon manat kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına sərf olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!