“Biz o səviyyədə deyilik” - APOEL-in futbolçusu “Qarabağ”dan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Biz o səviyyədə deyilik” - APOEL-in futbolçusu “Qarabağ”dan danışdı

İdman

08 Oktyabr 2019 11:35 1047


“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-in (Kipr) futbolçusu Roman Bezyak açıqlama verib. 

“Yeni Sabah” Sloveniya mətbuatına istinadən xəbər verir ki, futbolçu qrupdakı şanslarından danışıb:

"Bakıda “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldik və play-off mərhələsinə vəsiqə qazanaraq “Ayaks”a (Hollandiya) qarşı 2 gözəl oyun keçirdik. Lakin “Çempionlar Liqasında oynamaq üçün sənin yüksək səviyyəli oyunçuların olmalıdır. Biz o səviyyədə deyilik axı.  Buna görə çox da üzülmürük. Amma Avropa Liqasında qrupdan çıxmasaq, bu, yaxşı olmaz. Çünki Avropa Liqasında oyanamaq bizim gücümüzə görədir. Qrupda ən azı ikinci yerdə olsaq, yaxşı olardı. Buna layiq olduğumuzu düşünürəm”.  pizza

Qeyd edək ki, “Qarabağ” AL-in qrup mərhələsinin üçüncü turunda oktyabrın 24-də Bakıda APOEL ilə qarşılaşacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!