“Bizi “Qarabağ”la ağır döyüş gözləyir” - “Lex”in baş məşqçisi 

saytların hazırlanması

Evə çatdırılma

“Bizi “Qarabağ”la ağır döyüş gözləyir” - “Lex”in baş məşqçisi 

İdman

09 İyul 2022 17:26 1006


“Geniş heyətimiz olsa da, bizi iyulun 12-də “Qarabağ”la ağır döyüş, gərgin səfər oyunu gözləyir”.

Yenisabah.az-ın məlumatına görə, bunu “Lex”in baş məşqçisi Con van den Brom Bakıa “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı barədə danışarkən deyib.

Niderlandlı mütəxəssis görüşün həddindən artıq çətin olacağını bildirib: “Bizi ağır döyüş gözləyir. Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm”. pizza hut

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Lex” oyunu saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!