Bloger-jurnalist İlhami Nəsibov həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bloger-jurnalist İlhami Nəsibov həbs edildi

Kriminal

17 Avqust 2025 16:42 941


Ağdam rayonunda barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə bir neçə şəxsdən pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub.

Oxu.Az-ın məlumatına görə, özünü sosial şəbəkələrdəki "Kanal-21" səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. pizza mizza

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti tərəfindən məlumat təsdiqlənib.

İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!