BMT-nin baş katibi Əliyev-Paşinyan görüşündən danışdı

saytların hazırlanması

Evə çatdırılma

BMT-nin baş katibi Əliyev-Paşinyan görüşündən danışdı

Siyasət

30 Mart 2019 15:13 805


BMT-nin baş katibi Antonio Quterreş ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 29-u Vyanada baş tutmuş görüşü alqışlayır.

"Yeni Sabah" xəbər verir ki, Antonio Quterreş ölkə rəhbərlərinin sülhə şərait yaradan mühitin əldə olunması və uğurlu danışıqların aparlması üçün əlavə tədbirlərin görülməsinə önəm vermələrini müsbət qarşılayır. O, həmçinin atəşkəsin gücləndirilməsi, humanitar problemlərin aradan qaldırılması, eləcə də münaqişənin sülh yolu ilə həlli üçün dialoqun davam etdirilməsinə dair ölkə rəhbərlərinin öz öhdəliklərinə sadiq qalmasını alqışlayır.

A.Quterreş ATƏT-in Minsk qrupu həmsədrlərinin vacib vasitəçilik rolunu yüksək qiymətləndirir və onların davamlı səylərinə BMT-nin tam dəstəyini yenidən bəyan edir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!