BNA-dan sərnişini döyən sürücü ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

BNA-dan sərnişini döyən sürücü ilə bağlı AÇIQLAMA

Hadisə

05 Dekabr 2019 08:24 1597


Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır.

"Yeni Sabah"ın xəbərinə görə, qurumun mətbuat katibi Mais Ağayev “Report”a bildirib ki, həmin marşrut xətti üzrə daşıyıcı - “Menloqq” MMC-nin direktoru Hikmət Bağırov Agentliyə çağırılıb.

Hadisə ilə bağlı onda izahat tələb olunub. Toyuqlu pizza

“Ümumiyyətlə, bildirim ki, bu kimi hadisələrin olması yolverilməzdir. Təbii ki, hadisənin əsl səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Eyni zamanda qeyd edim ki, bu xətt üzrə sərnişindaşımanın vəziyyəti ürək açan deyil. Vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Daşıyıcıya da xəbərdarlıq edilib ki, təsirli tədbirlər görməzsə, onunla bağlanan müqaviləyə xitam veriləcək”,- M.Ağayev qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!