Bordin cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bordin cəzalandırıldı

İdman

04 Dekabr 2019 11:42 1434


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

"Yeni Sabah" xəbər verir ki, Premyer Liqanın 13-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Keşlə” – “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Toyuqlu pizza

“Qəbələ” – “Zirə” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Səbail” – “Neftçi” matçında “Səbail”in futbolçusu Eltun Yaqublu ilə “Neftçi”nin meneceri Qədir Həsənov arasındakı mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə onları cəza gözləyir. Oyun başa çatdıqdan sonra “Neftçi”nin azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 AZN cərimə olunub.

“Neftçi”nin baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığına görə 1 oyunluq cəzalandırılıb. Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!