Osmanlı nəvəsi olan Böyük Britaniyanın yeni baş naziri Boris Consonun babasının qaldığı malikanə satışa çıxarılıb.
“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, İstanbul Boğazında yerləşən saray görkəmli Zəki Paşa malikanəsi rekord qiymətə - 550 milyon lirəyə (təxminən, 163 milyon manat) alıcı gözləyir.
Məlumata görə, bu malikanə Osmanlı Sultanı II Abdülhəmidin dövründə tikilib. Hazırda dünyanın ən bahalı 10 evindən biridir. 5 mərtəbəli malikanənin 23 otağı, 8 vanna otağı var. Dominos pizza
Türkiyənin məşhur səyahət yazarı Səffət Əmrə Tonquç qeyd edib ki, bu sarayda vaxtilə ölkə üçün çox vacib insanlar yaşayıb. Onlardan biri də Zəki Paşadır. Onun yeznəsi olan Əli Kəmalın ilk evliliyi ingilis bir qadınla olub və bu evlilikdən Boris Conson (Böyük Britaniyanın yeni baş naziri) dünyaya gəlib.

Sabrina
Telegram kanalımız