Bortnikov İrəvana niyə gedib? – Bir ayda iki dəfə

saytların hazırlanması

Evə çatdırılma

Bortnikov İrəvana niyə gedib? – Bir ayda iki dəfə

Rəsmi

18 Dekabr 2020 12:14 1490


Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov İrəvana səfər edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mediasına Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Artur Qevorkyan bildirib.

“Bortnikovu Ermənistan Milli Təhlükəsizlik xidmətinin rəisi Abazyan qarşılayıb” deyən Qedorkyan əlavə məlumat verməyib. Marqarita pizza

Ermənistan Milli Təhlükəsizlik xidmətinin rəisi Armen Abazyan dekabr ayında iki dəfə Moskvada olub.

Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Abazyanın qarşısına Ermənistan hakimiyyətindəki “sorosçu şəbəkə”nin üzvlərinin siyahısı qoyulub. Ondan həmin şəxslərin görəvdən alınması tələb edilib. 

Bəzi məlmatlara görə, Borotnikovun səfəri də bununla bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!