Aktrisa Ember Hörd keçmiş əri Conni Depplə məhkəmə çəkişməsindən sonra ilk müsahibəsini verib.
Yenisabah.az xəbər verir ki, o, hökmü çıxaran andlıları anladığını qeyd edib. Aktrisa bildirib ki, onlara qarşı kin saxlamır:
"Conni Depp sevilən personaj və fantastik aktyordur". Toyuqlu pizza
Ember Hörd, həmçinin, onlayn zorakılığını ədalətsiz adlandıraraq, tənqidçiləri onun yalan danışdığını düşünsələr belə, qəzəblərini saxlamağa çağırıb.
Daha əvvəl Conni Deppin vəkilləri bildiriblər ki, aktyor məhkəmə qərarı ilə keçmiş arvadının ona ödəməli olduğu borcu bağışlamaq niyyətindədir.
Telegram kanalımız