Böyrək xəstəlikləri haqda elmi konfrans keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Böyrək xəstəlikləri haqda elmi konfrans keçirilib

Sağlamlıq

10 Mart 2023 10:19 4148


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana PHŞ-nin, "Azərbaycan Nefroloqlar Cəmiyyəti" İctimai Birliyinin və "Nefrologiyanın İnkişafına Yardım" İctimai Birliyinin birgə təşkilatçılığı, “EGİS Pharmaceuticals PLC” şirkətinin ölkə nümayəndəliyinin və "Medicus" MMC-nin dəstəyi ilə “Ümumdünya Böyrək Günü"nə həsr edilmiş "Böyrək xəstəliklərinə multidissiplinar yanaşma" mövzusunda Elmi Konfrans həyata keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Ümumdünya Böyrək Gününün tarixi barədə məlumat verib, xroniki böyrək xəstəliyinin bütün dünyada sağlamlıq böhranı olduğunu qeyd edib. O, Mərkəzi Gömrük Hospitalında uroloji və nefroloji problemləri olan xəstələrə yüksək keyfiyyətli tibbi xidmətlər göstərildiyini vurğulayıb. İ.Əfəndiyev böyrək transplantasiyası sahəsində həm maddi texniki baza, həm də kadr potensialı baxımından Mərkəzi Gömrük Hospitalının mühüm təcrübəyə malik olduğunu qeyd edib. 

Konfransın rəsmi hissəsində eyni zamanda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov və "Azərbaycan Nefroloqlar Cəmiyyəti" İctimai Birliyinin sədri, t.ü.f.d. Cəbrayıl Cəbrayılov da çıxış edərək mövzunun aktuallığına dair fikirlərini bölüşüblər. Pepperoni pizza

Elmi hissə Mərkəzi Gömrük Hospitalının Efferent terapiya şöbəsinin rəisi, Mirməsim Məmmədov, AMEA-nın müxbir üzvü, Urologiya kafedrasının müdiri, t.e.d., professor Südeyf İmamverdiyev və "Azərbaycan Nefroloqlar Cəmiyyəti" İctimai Birliyinin sədri, t.ü.f.d. Cəbrayıl Cəbrayılovun moderatorluğu ilə “Böyrək xəstəliyinin diaqnoz və təqibindəki yeniliklər" paneli ilə öz işinə davam edib. 

Panel müzakirələr və interaktiv sual-cavab sesiyaları vasitəsilə həyata keçirilən konfransda digər məruzəçilərlə yanaşı Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi Mirmənsim Məmmədov “Diabetik nefropatiya- inkişaf edən pandemiya”, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu “Xronik böyrək çatışmazlığı zamanı hipertoniyanın müalicəsində renal denervasiyanın rolu", Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Gülnar Nuriyeva "Hamiləlik və sidik yolları infeksiyaları", Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi Bəhruz Xalıqov "Fərqli ortotopik urinar diversiyaların böyrək funksiyaları baxımından dəyərləndirilməsi", Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov "Hidronefroza müasir baxış" və Mərkəzi Gömrük Hospitalının uroloqu Samir Ağalarov "Böyrək törəmələrinin diaqmostika və müalicəsindəki yeniliklər" mövzularında məruzələrlə çıxış ediblər.

4 paneldə ümumilikdə 17 məruzənin təqdim olunduğu Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 7 DTT balı ilə qiymətləndirilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!