Böyük Britaniya Ukraynadakı hərbi qulluqçularının sayını artırdı

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniya Ukraynadakı hərbi qulluqçularının sayını artırdı

Dünya

27 Yanvar 2026 22:38 485


Kiyevdəki səfirliyin təhlükəsizliyini təmin edən və hərbi əməliyyatlara qatılan Britaniya hərbi qulluqçularının sayı 2024-cü ilin iyulunda Leyboristlər Partiyasının hakimiyyətə gəlməsindən bəri artıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) Müdafiə komitəsində çıxışı zamanı bildirib.

"Ukraynada səfirliyə və ölkənin müdafiəsinə yardım göstərən bir neçə Britaniya hərbçisi var. Bu vəziyyət səfirliyin müdafiə bölməsinin 2022-ci ilin aprelində işini bərpa etməsindən bəri davam edir. 2024-cü ilin iyulunda seçkilərdən sonra bu rəqəm artıb. Biz Ukraynanın xahişi ilə ona dəstəyimizi artırmağa davam edirik", - o deyib. pizza sifarişi

Xatırladaq ki, yanvarın 6-da Parisdə "istəklilər koalisiyası"nın görüşünün nəticələrinə əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ərazisində beynəlxalq qüvvələrin yerləşdirilməsi niyyəti haqqında bəyannamə imzalayıblar. İştirakçılar həmçinin Kiyevə təhlükəsizlik zəmanətləri verilməsi haqqında bəyannamə də imzalayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!