Böyük Çin səddini zədələyən iki nəfər saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Çinin "China Daily" nəşri məlumat yayıb. Bildirilir ki, kişi və qadın olmaqla iki nəfər ekskavatordan istifadə edərək Böyük Çin Səddinin bir hissəsində keçidi genişləndirmək istəyib.
Məlumata görə, genişlənmə Min sülaləsi (1368-1644) dövründə tikilmiş divarın bir hissəsinin təmir oluna bilməyəcək şəkildə dağıdılmasına səbəb olub. pizza hut
Saxlanılan şəxslər divardakı keçidi genişləndirmək üçün ekskavatordan istifadə etdiklərini etiraf ediblər. Onlar mədəni irsi məhv etməkdə ittiham olunublar.
Telegram kanalımız