“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk günü iki medalla başa vurdular

saytların hazırlanması

Evə çatdırılma

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk günü iki medalla başa vurdular

İdman

14 Fevral 2025 19:29 223


Azərbaycan cüdoçuları Bakıda keçirilən keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.

Yenisabah.az xəbər verir ki, Əhməd Yusifovun (60 kq) ardınca Elşən Əsədov (66 kq) da üçüncü yer uğrunda qarşılaşmada qələbə qazanıb.

O, özbəkistanlı Azizbek Ortıkovla görüşdə qalib gələrək bürünc medala yiyələnib. Toyuqlu pizza

Daha əvvəl Balabəy Ağayev (60 kq) bürünc mükafat uğrunda qarşılaşmada belçikalı Jorre Verstraetenə uduzub.

Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!