“Böyük Dəbilqə” - Azərbaycanın iki cüdoçusu finala çıxdı

saytların hazırlanması

Evə çatdırılma

“Böyük Dəbilqə” - Azərbaycanın iki cüdoçusu finala çıxdı

İdman

15 Fevral 2025 17:10 284


Bakıda təşkil olunan "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın dörd cüdoçusu finala yüksəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.

Məlumata görə, 73 kiloqram çəkidə yarışan Rəşid Məmmədəliyev finalda yaponiyalı cüdoçu Tatsuki İşihara ilə üz-üzə gələcək. pizza

Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə qarşılaşacaq.

Zelim Tçkayev (81 kiloqram) qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə gücünü sınayacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!