“Böyük Dəbilqə” turnirində iştirak edəcək cüdoçularımızın rəqibləri bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

“Böyük Dəbilqə” turnirində iştirak edəcək cüdoçularımızın rəqibləri bəlli oldu

İdman

27 Fevral 2025 18:07 257


Sabah Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkü atılıb.

Yenisabah.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edəcək üç idmançının ilk görüşlərdəki rəqibləri bəlli olub.

60 kiloqram çəki dərəcəsində Turan Bayramov Yuntao Vanqla (Çin) qarşılaşacaq. Həmin çəkidə mübarizə aparacaq Balabəy Ağayev isə yarışa ikinci mərhələdən başlayacaq. Onun rəqibi Kanatbek Uulu (Qırğızıstan) - Anvarcon İbroximov (Özbəkistan) cütünün qalibi olacaq. pizza hut

Yaşar Nəcəfov (66 kiloqram) isə Ramazan Abdullayev (neytral idmançı) - Hinato Ono (Yaponiya) görüşünün güclüsü ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" yarışında 23 ölkədən 242 idmançı çıxış edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!