“Böyük pullar xərclənir, ortada heç nə yoxdur” –   Azərbaycanlı professordan ÜSYAN

saytların hazırlanması

Evə çatdırılma

“Böyük pullar xərclənir, ortada heç nə yoxdur” – Azərbaycanlı professordan ÜSYAN

Sosial

27 Fevral 2025 17:32 1860


“Qarşıda bizi qlobal istiləşmə ilə bağlı hələ hansı problemlərin gözlədiyini birmənalı olaraq demək çətindir. Çünki bununla mübarizə üsulları da yetəri qədər deyil. Baxmayaraq ki, yaşıl enerji və yaşıl dünya adı altında bu işlərə böyük məbləğdə pullar xərclənib. Ancaq hələ də ortada real nəticə görünmür”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. O, Bakıda və dünyanın bir çox yerində özünü büruzə verən qlobal istiləşmənin fəsadlarından söz açıb:

“İqlim dəyişikliyi və qlobal istiləşmə artıq dünyanın bir çox bölgəsində ekoloji balansı pozur. Planetimizin müxtəlif yerlərində yaşayan canlılar, o cümlədən bitkilər, heyvanlar və insanlar öz yaşadıqları mühitin iqliminə uyğunlaşmışdılar. Lakin son illərdə qlobal istiləşmə bu tarazlığı pozaraq ciddi ekoloji, iqtisadi və sağlamlıq problemlərinə yol açır.  pizza mizza

Qlobal istiləşmənin ən nəzərəçarpan təsirlərindən biri qış fəsillərinin əvvəlki dövrlərlə müqayisədə daha mülayim keçməsidir. Məsələn, Bakı şəhərində də iqlim şəraitində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Hər nə qədər bəzən qış aylarında qar yağsa da, bu, davamlı olmur. Halbuki 30-40 il əvvəl Bakı şəhərində daha sərt qışlar və uzunmüddətli qar örtüyü qeydə alınırdı. Temperaturun yüksəlməsi təkcə iqlimə deyil, insan sağlamlığına da mənfi təsir göstərir. İnsan orqanizmi müəyyən iqlim şəraitinə uyğunlaşdığı üçün bu dəyişikliklər immun sisteminin zəifləməsinə, virus və infeksiyaların daha sürətlə yayılmasına səbəb olur”. 

Professor bildirib ki, iqlim dəyişikliyinin insanlara vurduğu ziyan get-gedə artacaq:

“Bununla yanaşı, ekosistemlər də böyük təhlükə altındadır. Məsələn, bəzi heyvan və bitki növləri mövcud iqlim şəraitinə uyğunlaşmaqda çətinlik çəkir, bəziləri isə tamamilə yox olma riski ilə üz-üzədir. Buzlaqların əriməsi, dəniz səviyyəsinin yüksəlməsi, ekstremal hava şəraitinin artması kimi hallar qlobal istiləşmənin ciddi fəsadlarındandır. 

Qarşıda bizi iqlim dəyişikliyi ilə bağlı hansı problemlərin gözlədiyini dəqiq proqnozlaşdırmaq çətindir. Çünki bu proses çox mürəkkəbdir və ona qarşı görülən tədbirlər hələ ki, kifayət qədər effektiv deyil. Son illərdə yaşıl enerji və ekoloji layihələrə böyük məbləğdə investisiyalar qoyulsa da, qlobal miqyasda nəzərəçarpan nəticələr əldə olunmayıb. Bu isə onu göstərir ki, qlobal istiləşmə ilə mübarizə daha sistemli və ciddi yanaşma tələb edir. Davamlı həll yolları tapılmadığı təqdirdə, iqlim dəyişikliyinin insanlara və ekosistemlərə vurduğu ziyan daha da artacaq”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Orkhan Sharif
    Bravo!
    1 year ago