“Boz ölüm” xəbərdarlığı – Ona toxunmaq belə təhlükəlidir

saytların hazırlanması

Evə çatdırılma

“Boz ölüm” xəbərdarlığı – Ona toxunmaq belə təhlükəlidir

Dünya

06 Fevral 2020 13:49 1150


ABŞ-ın Luiziana ştatında polisin keçirdiyi əməliyyat nəticəsində yeni və həddən artıq təhlükəli narkotik növü aşkarlanıb.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, bu narkotik vasitə betona bənzədiyi üçün ona “boz ölüm” adı verilib. Mütəxəssislər ilk dəfədir ki, belə bir maddə ilə qarşılaşdıqlarını bildiriblər.

Bu narkotikin çox kiçik bir dozasının belə insanı öldürə biləcəyi deyilir. Polis "boz ölüm"ə toxunmağın da təhlükəli olduğunu açıqlayıb. Bu maddəyə rastlamış insanların dərhal polisə müraciət etməsi barədə xəbərdarlıq edilib. pizza

Qeyd edək ki, "boz ölüm"ə ilk dəfə 2017-ci ildə Alabama və Corciya ştatlarında rastlanıb, daha sonra Ohayo və Pensilvaniyaya da yayılıb.

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!