BQXK maşınları Laçın yolundan keçdi

saytların hazırlanması

Evə çatdırılma

BQXK maşınları Laçın yolundan keçdi

Rəsmi

21 Fevral 2023 21:12 861


Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobil yenidən Laçın yolundan keçib.

Yenisabah.az xəbər verir ki, BQXK-ya məxsus 6 minik, bir yük maşınının Laçın istiqamətinə maneəsiz keçməsi üçün şərait yaradılıb.

Xatırladaq ki, səhər saatlarında avtomobil karvanı Laçından Xankəndi istiqamətində hərəkət etmişdilər. pizza

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 72 gündür davam edir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!