BQXK-nın 6 avtomobili Xankəndiyə geri döndü

saytların hazırlanması

Evə çatdırılma

BQXK-nın 6 avtomobili Xankəndiyə geri döndü

Rəsmi

27 Mart 2023 20:53 1012


Ekoaksiyanın iştirakçıları martın 27-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

Yenisabah.az xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndiyə doğru hərəkət edən BQXK-ya məxsus dörd yük və iki minik avtomobilin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Qeyd edək ki, bu gün BQXK-nın iki minik avtomobili səhər saatlarında Xankəndidən Laçına getmişdi. Dörd yük avtomobilinin isə dünən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilmişdi. Sezar pizza

Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!