Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillər növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.
Belə ki, ümumilikdə üç avtomobil ərazidən keçid edib. Sezar pizza
Bu bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Eyni zamanda Rusiya sülhməramlılarına məxsus daha üç təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Hər iki kolon eyni vaxtda hərəkət edib.
Telegram kanalımız