Braziliyada əyləncəli yarış ölümlə nəticələndi

saytların hazırlanması

Evə çatdırılma

Braziliyada əyləncəli yarış ölümlə nəticələndi

Dünya

30 Dekabr 2025 21:05 555


Braziliyada bir kurortda keçirilən qarpız yemə yarışı zamanı iştirakçı ölüb.

"Yeni Sabah" xəbər verir ki, məlumat "Daily Mail" nəşrinə istinadən verilib.

37 yaşlı Karlos Serasomma həyat yoldaşının gözü qarşısında müsabiqədə iştirak edərkən dünyasını dəyişib. Faciə San-Pedru şəhərində baş verib. Yarışda Karlos bir qarpız dilimini əllərini istifadə etmədən sürətlə yeməli olub. Lakin yarışın başlanmasından bir neçə dəqiqə sonra o, boğulmağa başlayıb və huşunu itirib. pizza hut

Şahidlərin sözlərinə görə, kurort işçiləri və qonaqlar Karlosu xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Bildirilib ki, kişinin ölüm səbəbi nəfəs yollarının tutulması olub.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!