Brent markalı neft bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Brent markalı neft bahalaşdı

İqtisadiyyat

25 Fevral 2025 10:15 253


Çərşənbə axşamı Vaşinqtonun İranın neft sektoruna qarşı yeni sanksiyalar tətbiq etməsi ilə neft qiymətləri yüksəlib.

Yenisabah.az xəbər verir ki, sanksiyalar neft-kimya sənayesi və İran neftinin nəqli ilə məşğul olan şəxslər, qurumlar və gəmiləri hədəf alır.

Londonun "ICE Futures" birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 1 barel üçün 75,22 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,44 dollar (0,59%) bahadır. Bazar ertəsi bu müqavilələr bir barel üçün 0,35 dollar (0,5%) artaraq 74,78 dollar olub. Toyuqlu pizza

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində aprel ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,5 dollar (0,71%) artaraq bir barelə görə 71,2 dollar olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,3 dollar (0,4%) artaraq bir barel üçün 70,70 dollar təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!