Böyük Britaniyanın xarici işlər və beynəlxalq inkişaf nazirlikləri, habelə Birgə İxrac Administrasiyası Ermənistan və Azərbaycana qarşı silah embarqosu ilə bağlı tövsiyələrini yeniləyib.
Yenisabah.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat dərc olunub.
Dəyişiklikdə qeyd olunur: “Hərbi, sülhməramlı, tədqiqat və ya informasiya təşkilatları kimi digər son istifadəçilərə sadalanan hərbi texnika növlərinin tədarükü, hərbçilərə, polisə və ya dövlətin təhlükəsizlik qüvvələrinə qarşı açıq-aydın təxribat riski mövcud olmadıqda, embarqonun obyekti sayılmayacaq”. Marqarita pizza
Tövsiyədə bildirilir ki, 1992-ci ilin fevralından ATƏT bütün iştirakçı ölkələrdən “Qarabağ ərazisində hərbi əməliyyatlar aparan qüvvələrə bütün silah-sursatla təminat”a embarqo tətbiq etməyi tələb edir. Embarqo hələ də qüvvədədir.
2 iyul 2014-cü ildə Birləşmiş Krallıq aydınlaşdırdı ki, silah embarqosu Birləşmiş Krallığın hərbi siyahısında (Birləşmiş Krallığın strateji ixraca nəzarət siyahılarının bir hissəsidir) Qarabağ bölgəsi və ya Azərbaycanla Ermənistan arasında quru sərhədindəbütün malların və əşyaların ixracını, təchizatını və ya tədarükünü əhatə edir.
Telegram kanalımız