Britaniya əks-kəşfiyyat rəhbəri: “11 sentyabr hadisələri təkrarlana bilər“

saytların hazırlanması

Evə çatdırılma

Britaniya əks-kəşfiyyat rəhbəri: “11 sentyabr hadisələri təkrarlana bilər“

Maraqlı

11 Sentyabr 2021 12:24 766


"Əfqanıstanda iqtidarın “Taliban” hərəkatının əlinə keçməsi Birləşmiş Krallığı 2001-ci il 11 sentyabr terror hücumlarına bənzər təhlükə qarşısında qoyub".

Yenisabah.az xəbər verir ki, bunu Böyük Britaniyanın “Mİ5” hərbi əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkalum bildirib.

Son 4 ildə ölkədə 31 terror qəsdinin qarşısını aldıqlarını diqqətə çatdıran kəşfiyyat rəhbəri daha sonra deyib: pizza

“Əfqanıstandan gələn mühüm bir problem ilhamverici təsirlə yanaşı, həm də terrorçuların qarşımıza daha təkmil, mənfur üsullar çıxaracaqları təhlükəsidir”.

2006-cı ildə London Hetrou Hava Limanından qalxan 7 təyyarəni vurmaq planını pozduqlarını xatırladan general Makkalum qeyd edib ki, Əfqanıstanda 20 ildir terrorçuluğa qarşı aparılan mübarizə nəticəsində bu cür irimiqyaslı qəsdlər nadir hala çevrilib. (report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!