Britaniya xarici işlər naziri İvet Kuper Rusiya prezidenti Vladimir Putinlə dialoqun bərpasına qarşı çıxıb.
"Yeni Sabah" Politico-ya istinadla xəbər verir ki, o, Fransa və İtaliya liderlərinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Moskva ilə danışıqlar aparmaq təşəbbüsünü şərh edib:
"Putinin həqiqətən sülh istədiyinə dair dəlillərə ehtiyacımız var və hazırda bunu görmürəm". Dominos pizza
Kuper qeyd edib ki, Ukrayna, ABŞ və Avropa ilə birlikdə sülh sazişi hazırlamaq üzərində işləyir, lakin Putinin "danışıqlar masasına oturmağa və ya müzakirələrə başlamağa hazır olduğuna" dair hələlik heç bir əlamət yoxdur.
Onun fikrincə, Qərb ölkələri həm iqtisadi, həm də Ukraynaya hərbi dəstək vasitəsilə Rusiyaya təzyiqi artırmağa hazır olmalıdırlar.
Telegram kanalımız