BŞİH  küləklə bağlı xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

BŞİH küləklə bağlı xəbərdarlıq etdi

Sosial

27 May 2019 09:01 1115


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.

“Yeni Sabah” xəbər verir ki, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, güclü küləyin müşahidə edilməsi, bununla bərabər ağacların hazırda inkişaf etmə mərhələsində olması onların aşma təhlükəsini artırır. Belə külək hətta sağlam ağacları da aşıra bilər:

"İndi ağaclar inkişaf etmə mərhələsində olduqlarından onların aşma təhlükəsi əvvəlki aylara nisbətən daha çoxdur. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür". Marqarita pizza

Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!