Bu gün Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-nə təyin etdiyi piketlə bağlı müraciətinə mənfi cavab verib.
“Yeni Sabah” xəbər verir ki, meriya öz qadağasını ərazidə təhsil müəssisələrinin olması, piyadaların sıxlığı və nəqliyyatın hərəkətinin intensivliyi ilə əlaqələndirib.
Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də saat 15:00-da BŞİH-in binası qarşısında piketin keçirilməsinə qərar verib. Piketdə Azərbaycanda sərbəst toplaşma azadlığının təmin olunması nəzərdə tutulur. Dördpendirli pizza
Müsavat Partiyasının başqanı Arif Hacılı bununla bağlı məlumat yayıb. O bildirib ki, meriyanın qanunsuz qərarına rəğmən aksiya keçiriləcək:
“12 noyabr aksiyamıza da "yox"cavabı verildi. Heç bir halda aksiyalarımıza icazə verilmir. Müsavata icazə verilmir. Nəinki mitinqimizə, hətta piketimizə də icazə verilmir. Niyə məhz, Müsavata, niyə hər hansı aksiyaya, niyə hətta piketə də icazə verilmir? Məncə bu sualın cavabı qərəzsiz olan hər kəsə aydındır. Bundan daha artıq güzəştimiz mümkün deyil.
Noyabrın 12-də, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında "Konstitusiyaya əməl et", Sərbəst toplaşma azadlığı təmin edilsin" və digər şüarlarla planlaşdırdığımız aksiyamız keçiriləcək!”
Telegram kanalımız