BŞTİ şagirdin ikinci mərtəbədən tullanması ilə bağlı  münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

BŞTİ şagirdin ikinci mərtəbədən tullanması ilə bağlı münasibət bildirdi

Sosial

08 May 2019 15:47 1079


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtdakı məktəblərdən birində şagirdin dərsdən qaçarkən özünü ikinci mərtəbədən yerə tullanması ilə bağlı videogörüntünün hansı məktəbə aid olduğu müəyyən edildikdən sonra müvafiq tədbirlər görüləcək.

Bu barədə “Yeni Sabah”a BŞTİ-dən məlumat verilib.

İdarədən qeyd edilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Həmin videogörüntünün hansı məktəbə aid olduğu bəlli deyil: "Amma bu kimi hallar yolverilməzdir. Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi qabaqlayıcı tədbirlər görülür". Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!