Bu 5 şirkətin ölkəyə quş əti ixracına məhdudiyyət qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Bu 5 şirkətin ölkəyə quş əti ixracına məhdudiyyət qoyuldu

İqtisadiyyat

10 Yanvar 2025 18:58 562


Beş xarici şirkətin Azərbaycana quş əti məhsulları ixrac etməsinə məhdudiyyət qoyulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, Belarusun “Птицефабрика Городок”, Rusiyanın “Индюшкин Двор” və “Невинномысский Мясокомбинат”, Ukraynanın “Птицекомплекс Губин”, Gürcüstanın “Chirina LTD” şirkətinə məxsus quş əti məhsullarından götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində “Salmonella” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. pizza sifarişi

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar aidiyyəti ölkələrin müvafiq qurumlarına ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!