“Bu adamlara Vuhana uçuş bileti alıb versələr...” - Politoloqdan ÜST-ün açıqlamasına reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Bu adamlara Vuhana uçuş bileti alıb versələr...” - Politoloqdan ÜST-ün açıqlamasına reaksiya

Dünya

30 Yanvar 2020 22:53 1449


Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun sürətlə yayılması səbəbindən qlobal fövqəladə vəziyyət elan edib.

"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı şərh bildirən politoloq Şahin Cəfərli bildirib ki, ÜST-ün açıqlaması siyasi xarakterlidir:

"Təşkilat koronavirusla bağlı guya qlobal miqyaslı fövqəladə vəziyyət elan edib, amma açıqlama daha çox Çinə mədhiyyədən ibarətdir. pizza

Bildirirlər ki, Çin heyrətamiz işlər görür, çox əla işləyir, təhlükə yalnız səhiyyəsi zəif ölkələr üçün ola bilər. Fövqəladə vəziyyət də məhz həmin ölkələr üçün var olan potensial təhlükəyə görə elan edilir, bu qərarın Çindəki vəziyyətlə əlaqəsi yoxdur. Bəyan edirlər ki, səyahətlərə, ticarət əlaqələrinə qadağa qoymağa da heç bir ehtiyac yoxdur...

Bu adamlara Vuhana uçuş bileti alıb versələr və "buyurun, özünüz koronavirusun paytaxtına gedin və heç bir təhlükə olmadığını canlı yayında bütün dünyaya nümayiş etdirin" desələr, əminəm ki, heç biri getməz.

Siyasi sifarişdən irəli gələn bu cür qeyri-humanist və yalan açıqlama verməkdə məqsəd Çin iqtisadiyyatını qorumaq, virusun ümumilikdə qlobal iqtisadiyyata mənfi təsirlərini azaltmaqdır. İnsan ölümləri nə Dünya Səhiyyə Təşkilatının, nə Çinin, nə də BMT-nin vecinədir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!