Bu ailələrə şad xəbər -   Hər birinə 200 manat ödənildi

saytların hazırlanması

Evə çatdırılma

Bu ailələrə şad xəbər - Hər birinə 200 manat ödənildi

Sosial

30 Dekabr 2025 11:15 400


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat birdəfəlik maddi yardımın ödənişi təmin edilib.

Bu barədə “Yeni Sabah”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, maddi yardımın ödənişi Prezident İlham Əliyevin Sərəncamına əsasən baş tutub. Dominos pizza

Birdəfəlik maddi yardımları nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) qeyd edilən ailələrin hesablarına köçürüb.

Ödənişlər ümumilikdə 76 min 103 ailəni (337932 nəfər ailə üzvü) əhatə edib.

Beləliklə, dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!