Bu Avropa ölkəsi Azərbaycan klubunun 4 öyunçusuna viza vermədi

saytların hazırlanması

Evə çatdırılma

Bu Avropa ölkəsi Azərbaycan klubunun 4 öyunçusuna viza vermədi

İdman

09 Oktyabr 2019 07:39 1157


UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz” klubu bu gün ilk oyununu keçirəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, “De Bres Arena”da Bakı vaxtı ilə 22:30-da Belçika çempionu “Halle Gooik”lə qarşılaşacaq təmsilçimiz bu oyuna itkilərlə çıxacaq. Belə ki, İranlı legionerlər Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə, komanda ilə birgə Belçikaya səfər edə bilməyiblər. Dördpendirli pizza

Çətin durumla üzləşən təmsilçimiz 6 oyunçu və 2 qapıçı ilə mübarizə aparmalı olacaq.

Heyət:

Qapıçılar: 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov

Oyunçular: 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov,

Baş məşqçi: Joze Alesio Da Silva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!