Belçikada bütün növ tütün məhsullarının reklamı qadağan edilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə sözügedən ölkənin rəsmi televiziyası VRT məlumat yayıb.
Bildirilir ki, qərar parlamentdə qəbul olunub və 2021-ci ilin yanvar ayından etibarən qüvvəyə minəcək. Bu addımın ağciyər xərçənginin əsas səbəbi olan siqaretin istifadəsini azaltmaq üçün atıldığı qeyd olunub. pizza sifarişi
Qərara əsasən mağazaların qabağında və ya içərisində siqaret reklamları olmayacaq.
Həmçinin, nəqliyyat vasitələrində 18 yaşdan kiçik bir uşağın yanında siqaret çəkmək qadağan edilib.
Telegram kanalımız