“Bu, Azərbaycanda açılmış ən böyük beynəlxalq cinayət işidir”

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Azərbaycanda açılmış ən böyük beynəlxalq cinayət işidir”

Siyasət

18 May 2019 06:23 2787


“Hələ 2017-ci ilin oktyabrında Kiyevdən Düsseldorfa uçarkən saxlanılan ərəfədə və sonra yazdım ki, dünyanın müxtəlif yerlərindəki aktiv siyasi mühacirlərə cinayət işi açıblar. Buna görə aktiv siyasi mühacirləri bu məsələyə diqqət yetirməyə, mənə dəstək verməyə çağırdım”.

“Yeni Sabah” xəbər verir ki, bunu sosial şəbəkədə siyaasi mühaccir Fikrət Hüseynli yazıb. O, bildirib ki, 2008-ci ildə Azərbaycan sərhədlərini qanunsuz, saxta sənədlə keçib İordaniyaya, ordan da Nederlandda qanunsuz miqrasiyada suçlanırdı və İnterpol axtarışına verilmişdi: “Barəmdə Nəsimi rayon Məhkəməsinin hakimi, MSK sədri Məzahir Pənahovun qardaşı Babək Pənahov həbs qərarı çıxarmışdı. Hətta mənim adımdan Səftər Hüseynov adlı vəkillə müqavilə də bağlamışdılar. Təəsüüf ki, həmin vaxt bəzi aktiv siyasi mühacirlər susmağa üstünlük verdi. 

Nederland hökumətini inandırmaq üçün xüsusi xidmət orqanlarının sosial şəbəkədə haqqımda yaydırdığı şər-böhtanlara susqunluqla haqq qazandırdılar. Hətta illərlə bir yerdə aksiya təşkilatçısı olduğum üçün rejimin hədəfinə tuş gəlməyimə baxmayaraq, 1-2 şəxsi çıxmaqla, müsavatçı mühacirlər və özünü müstəqil elan etmişlər də öz aralarında müzakirə aparıb qərara gəldilər ki, Fikret Huseynli kimi açıq sözlü, bir az da dili acı adam gedib zindanda çürüsə yaxşıdır. Mən dəstək verən mərd dostların köməyilə 7 ay mübarizədən sonra pasportumu hüququ yolla geri alıb Nederlandda döndüm. Dönən zaman da yazdım ki, bu ümumi prosesdi. İlk hədəfə ona görə mən gəldim ki, çox gəzib, gözə çox görünürdüm”.  Marqarita pizza

F. Hüseynli qeyd edib ki, son bir ay ərzində artıq 3-cü mühacir haqda beynəlxalq axtarış elan olunub. “İki mühacirin adını ona görə yazmıram ki, özləri istəmir. Tural Sadıqlı isə artıq səhifəsində yazıb ki, onun haqqında cinayət işi açıblar. Beynəlxalq axtarışa veriblər. Tural Sadıqlıya bildirmək istəyirəm ki, 162006084 saylı cinayət işi Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 2017-ci ilin aprelində açılıb. Ölkədəki siyasi liderlərlə yanaşı, mən, Tural Sadıqlı, Orduxan Temirxan, Qənimət Zahid, İnqilab Kərimov, Türkel Azərtürk, Məhəmməd Mirzəli və digərlərinin adları var bu işdə. Bir neçə fəsildi. Bu günə qədər respublikada açılmış ən böyük və beynəlxalq miqyaslı cinayət işidir. Bu cinayət işinin qapanması üfüqdə görünmür. Onun sadəcə bir yolu var: birləşib, birlikdə hüququ prosedur yürütmək. Əks halda hamının qapısını ölkə-ölkə döyüb baş ağrıdacaqlar”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!