“Bu, Azərbaycanın böyük uğurudur” 

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Azərbaycanın böyük uğurudur” 

Siyasət

31 May 2019 14:50 948


“Azərbaycan dünyanın diqqət mərkəzində olan daha bir beynəlxalq idman tədbirinə uğurla ev sahibliyi etdi”.

“Yeni Sabah” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O, bildirib ki, Avropa Liqasının final oyununun  yüksək səviyyədə təşkili, matçın təhlükəsiz və uğurlu şəraitdə baş tutması, ölkəmizə qonaq gəlmiş turistlərin xidmətlərdən razı olmaları, paytaxtımızın gözəlliyinə, tarixinə və müasirliyinə heyran qalmaları bir daha respublikamızın beynəlxalq tədbirləri uğurla reallaşdırması bacarığını nümayiş etdirdi. 

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın beynəlxalq humanitar-mədəni və siyasi mərkəzə çevrilməsi Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir: “Artıq uzun illərdir ki, Azərbaycan qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, dünyada baş verən proseslərə öz müsbət təsirini göstərir. Biz bunu qlobal humanitar hərəkatdan tutmuş mədəniyyətlərarası dialoqa, dünyanın diqqət mərkəzində olan mədəniyyət və idman tədbirlərinə qədər müşahidə etmişik: “Məhz bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, sabitlik adası kimi tanınması belə tədbirlərə ev sahibliyi etmək imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur.  pizza

Eyni zamanda, belə tədbirlərin keçirilməsi Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir. Bundan əlavə, Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların, əməkdaşlığa açıq olması yeni texnologiyaların gəlməsinə səbəb olur. 

Bunlarla bərabər, bu tədbirlər Azərbaycan həqiqətlərinin, ölkəmizin ədalətli mövqeyinin dünyada təbliğinə böyük təkan verir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!