“Bu barədə həm İrəvana, həm də Bakıya məlumat vermişik“ - Zaxarova

saytların hazırlanması

Evə çatdırılma

“Bu barədə həm İrəvana, həm də Bakıya məlumat vermişik“ - Zaxarova

Rəsmi

27 Yanvar 2023 16:45 988


"Rusiya tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun himayəsi altında Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqları təşkil etməyə hazır olduğunu təsdiq edir".

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O əlavə edib: "Bu barədə həm İrəvana, həm də Bakıya məlumat vermişik". pizza sifarişi

Zaxarova deyib: “Hesab edirik ki, vaxtaşırı yaranan fəsadlar danışıqlar prosesinin bir növ dondurulması üçün maneəyə, səbəbə çevrilməməlidir və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə işi mümkün qədər tez bərpa etmək lazımdır. O cümlədən nəqliyyat kommunikasiyalarının bloklanması, sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!