“Bu boyda rayonun insanlarını qoyun yerinə qoyurlar” – Əhəd Abıyev 

saytların hazırlanması

Evə çatdırılma

“Bu boyda rayonun insanlarını qoyun yerinə qoyurlar” – Əhəd Abıyev 

Rəsmi

13 May 2020 16:08 2376


“Barəmdə yazılanların heç bir əsası yoxdur, mənim “Lexus” markalı avtomobilim olmayıb”. 

Bu sözləri Yenisabah.az-a Daşkəsənin icra başçısı Əhəd Abıyev deyib. “Mənim “Nissan” markalı avtomobilim var. Onu da hökumət verib. Yəni, xidməti avtomobildir. Nə “Lexus“ markalı avtomobilm olub, nə də onu satıb “NAZ Lifan” almışam. Deyilənlər yalandır”, - deyə icra başçısı əlavə edib.

Əhəd Abıyev 35 854 baş qoyunun olması barədə deyilənlərə də toxunub: “Bu da yalandır. Digər tərəfdən, Daşkəsən əhalisinin sayı da 35 854 nəfərdir. Qəsdən belə yazıblar. Görün vəziyyət nə yerdədir ki, insanları da təhqir edirlər. Bu boyda rayonun insanlarını qoyun yerinə qoyurlar. Bu bir rayonun əhalisidir. Götürüb qoyun yazırlar”. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!