Bu da oldu: böyükhesablı qələbə qazanan baş məşqçini qovdular

saytların hazırlanması

Evə çatdırılma

Bu da oldu: böyükhesablı qələbə qazanan baş məşqçini qovdular

İdman

11 Dekabr 2019 07:14 937


“Napoli” (İtaliya) baş məşqçisi Karlo Ançelottini istefaya göndərib.

"Yeni Sabah" xəbər verir ki, Neapol təmsilçisi 60 yaşlı mütəxəssislə Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda doğma meydanda “Genk”i (Belçika) 4:0 hesabı ilə məğlub etdiyi matçdan sonra yollarını ayırıb.

“Napoli” yer aldığı E qrupunda 12 xalla 2-ci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb. Lakin komanda çempionatda 15 oyuna 21 xal toplayıb və 7-ci sırada qərarlaşıb. Bu, italiyalı çalışdırıcının göndərilməsini sürətləndirib. Marqarita pizza

Qeyd edək ki, Ançelotti 2018-ci ilin mayında “Napoli” ilə 3 illik müqavilə bağlamışdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!